<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Dostum, sirdaşım İsa,
 Köməyimə gəlirsən hər an.
 Ürəyim sızıldayanda
 Sən möcüzəli Şəfamsan.
 Sənsiz dincliyim olmaz,
 Sənsiz dünyam sönükdür.
 Yalnız Səndə tamamlanır
 qırıq qəlbimin parçaları.

[C1]
   // Sevgində Sənin yaşayıram,
   İsidirsən məhəbbətinlə.
   Dostum, bu həyatda heç kəs
   Səni əvəz edə bilməz. //

[V2]
 Dostlarım atıb getsə,
 Dünya məndən üz çevirsə,
 Bilirəm - Sən tərk etməzsən,
 Bu dostluq əbədi qırılmaz.
 Sən hər şeyi anlayırsan,
 Ən dərin sirləri bilirsən.
 Bu kədər dolu dünyamda
 Səndən dəyərli nəyim var?

[V3]
 Sözlərim az, dilim kasad
 Nə qədər desəm də, azdır.
 Xoşbəxtliyim və sevincim
 Həyat qaynağımsan İsa.
 Sənsiz dincliyim olmaz,
 Sənsiz dünyam sönükdür.
 Yalnız Səndə tamamlanır
 qırıq qəlbimin parçaları.</lyrics>
<title>Dostum, Sirdaşım İsa</title>
</song>